Beyləqan və Ağsuda ev yanıb

Beyləqan və Ağsuda ev yanıb
  28 İyun 2019    Oxunub:2012
Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 42 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər məlumata əsasən, Ağsu rayonunun Məlikçobanlı kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti