30 cinayətin üstü “isti izlər”lə açılıb

   30 cinayətin üstü “isti izlər”lə açılıb
  29 İyun 2019    Oxunub:1421
2019-cu il iyun ayının 28-dən 29-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilən 30 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.


Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti