Sabirabadda iki maşın toqquşub, ölən var

  29 İyun 2019    Oxunub : 612
Sabirabadda iki maşın toqquşub, ölən var
Sabirabad rayonunun Qaratəpə kəndində “Daewoo” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Daewoo” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza