10 kq-dan artıq marixuana dövriyyədən çıxarılıb

10 kq-dan artıq marixuana dövriyyədən çıxarılıb
  29 İyun 2019    Oxunub:1561
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz saxlanması ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Havarlı kənd sakini Məhəmməd Abbasovdan 8 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Etibar Nəzərov saxlanılaraq Polis Şöbəsinə gətirilib. E. Nəzərovun üzərindən 5 qram, evinə baxış keçirilən zaman 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti