Şəmkir sakinləri tanışlarını soydular

Şəmkir sakinləri tanışlarını soydular
  29 İyun 2019    Oxunub:1497
İyunun 28-də Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində qəsəbə sakinləri, əvvəllər məhkum olunanlar - O.Namazov və E.Həsənov həmyerliləri olan tanışları A.Qasımova zor tətbiq edib 60 manat pulunu alıblar.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti