Bakıda aptekdən 10 min manat oğurlanıb

Bakıda aptekdən 10 min manat oğurlanıb
  29 İyun 2019    Oxunub:1475
Nərimanov rayonu ərazisindəki apteklərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də rayon ərazisindəki apteklərin birindən 10480 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş V.Səmədov saxlanılıb.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti