Həmsədrlər birgə bəyanat yaydılar

  29 İyun 2019    Oxunub : 1051
 Həmsədrlər birgə bəyanat yaydılar
ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti- Fransa və Endryu Şafer - ABŞ) birgə bəyanat yayıblar.
Azvision.az -ın məlumatına görə, bəyanatda bildirilib ki, həmsədrlər Vyana və Bratislavada ATƏT-in baş katibi Tomas Qremingerə və təşkilatın fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçaka regiona son səfərləri, onların Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Vaşinqton və Moskvada keçirilən məsləhətləşmələri barədə məlumat veriblər.

Qeyd edilib ki, həmsədrlər eyni zamanda ATƏT-in Yüksək Səviyyəli Planlama Qrupunun rəhbəri Vladimir Minariklə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.

Bundan əlavə, həmsədrlər iyunun 28-də münaqişə tərəflərinin girovları azad etmələrini alqışlayıb və bu işdə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səylərini yüksək qiymətləndiriblər.

Azvision.az

Teqlər: ATƏT   Həmsədr   Bəyanat