Dünya çempionu Bakıda ağır qəza törədib
Azvision.az “Report”a istinadən xəbər verir ki, idmançı “Koroğlu” metrostansiyasının yaxınlığında özünün “Niva” avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib.
F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat edilib.
Qeyd edək ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.
Azvision.az
Teqlər: İdmançı Niva Qəza Xəstəxana