FHN Sumqayıtda təhlükənin qarşısını aldı

FHN Sumqayıtda təhlükənin qarşısını aldı
  30 İyun 2019    Oxunub:1703
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən metal vərəqə asılı vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan metal vərəqəni çıxarıb və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Azvision.az





Teqlər: FHN   Sumqayıt   Bina  





Xəbər lenti