Yevlax sakini qohumunu qətlə yetirib

Yevlax sakini qohumunu qətlə yetirib
  01 İyul 2019    Oxunub:1877
İyunun 29-da saat 3 radələrində Yevlax rayonunun Malbinəsi kəndi ərazisindən şəhər sakini, əvvəllər məhkum olunan Nicat Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yevlax RPŞ-yə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu olan kənd sakini M.Hüseynov saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti