Həftəsonu cinayət törədən 52 nəfər saxlanılıb

Həftəsonu cinayət törədən 52 nəfər saxlanılıb
  01 İyul 2019    Oxunub:1729
Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində (29-30 iyun) törədilmiş 42 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti