Çaya düşən azyaşlının meyiti tapılıb - Yenilənib

Çaya düşən azyaşlının meyiti tapılıb -   Yenilənib
  01 İyul 2019    Oxunub:2765
Gəncə çayında batan azyaşlının meyiti tapılıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən, 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb.

H.Səfərlinin meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
Gəncə şəhərinin Kəpəz rayonunda bir nəfər azyaşlı naməlum şəraitdə Gəncə çayına düşüb. Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Gəncə   Çay  





Xəbər lenti