Ələkbərov “UAZ”ı aşırdı, özü öldü

  01 İyul 2019    Oxunub : 709
Ələkbərov “UAZ”ı aşırdı, özü öldü
İyunun 30-da saat 9 radələrində Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində rayon sakini Y.Ələkbərov idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, nəticədə sürücü və sərnişinləri Tovuz rayon sakinləri İlqar Sadıqov və B.Nəsibov xəstəxanaya yerləşdirilib. İ.Sadıqov orada ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza