Bakıda oğrular iş başında tutuldu

Bakıda oğrular iş başında tutuldu
  01 İyul 2019    Oxunub:1945
İyunun 30-da Səbail rayonunun Badamdar qəsəbəsi ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərən 2 nəfər həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq 41-ci Polis Bölməsinə təhvil veriliblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırılmalarla onların Bakı şəhər sakinləri F.Əliyev və M.Məmmədli olduqları müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti