Bakıda saxta dollar satmaq istəyən tutuldu

Bakıda saxta dollar satmaq istəyən tutuldu
  01 İyul 2019    Oxunub:1639
İyunun 29-da saat 6 radələrində Səbail rayonundakı banklardan birinin filialında 3 ədəd 50 dollarlıq saxta əskinası dəyişməyə cəhd göstərən şəxs orada xidmət aparan Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 9-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Ucar rayon sakini E.Həsənov olması müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti