Hacıqabulda elektrovoz yanıb

  02 İyul 2019    Oxunub : 890
Hacıqabulda elektrovoz yanıb
Hacıqabul rayonunun Qızılburun kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovozun mühərriki və kabinə hissəsi 40 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, elektrovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın