İbrahim Emin dünyasını dəyişib - FOTO

   İbrahim Emin dünyasını dəyişib -  FOTO
  02 İyul 2019    Oxunub:10074
Azərbaycanın vaxtilə məşhur olan “Yuxu” rok qrupunun yaradıcısı İbrahim Emin dünyasını dəyişib.

Azvision.az xəbər verir ki, bu barədə ifaçının yaxınları məlumat veriblər. Bildirilib ki, İbrahim Emin bu gün 56 yaşında vəfat edib.


Qeyd edək ki, İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1986-cı ildə "Yuxu" qrupunu yaradıb. O, qrupun ifa etdiyi mahnıların söz və musiqilərinin müəllifi olmaqla yanaşı, bass gitarist kimi də fəaliyyət göstərib.

1989-cu ildə "Yuxu" qrupu "Xəzərin sahilində" mahnısı ilə Qızıl Payız musiqi festivalında qalib olub.





Azvision.az



Teqlər: Yuxu   Rok   İbrahim-Emin  





Xəbər lenti