Keçmiş məhkumun evindən 6 kq narkotik tapıldı

  03 İyul 2019    Oxunub : 572
Keçmiş məhkumun evindən 6 kq narkotik tapıldı
Polis əməkdaşları Ağcabədi rayonunda külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunan V.Baxşəliyevin evindən 6 kiloqram 807 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Narkotik