Oğurluq edən şəxslər tutuldu

  03 İyul 2019    Oxunub : 597
Oğurluq edən şəxslər tutuldu
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da şəhər ərazisindəki evlərin birindən 200 manat oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş R.Novruzov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da rayon ərazisindəki evlərin birindən 25.650 manat və 9800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən digər şəxs, şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abbasov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Azvision.az

Teqlər: DİN   Oğurluq