4 nəfər liftdə, 2-si evdə köməksiz qaldı

4 nəfər liftdə, 2-si evdə köməksiz qaldı
  04 İyul 2019    Oxunub:1758
Gəncə şəhərinin Kəpəz rayonunda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

Digər məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda ayrı-ayrı ünvanlarda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az



Teqlər:





Xəbər lenti