Oğurladığı avtomobili idarə edərkən saxlanıldı

Oğurladığı avtomobili idarə edərkən saxlanıldı
  04 İyul 2019    Oxunub:1894
DİN-in “102–Zəng Mərkəzi” Xidmətinə müraciət edən Zərdab rayon sakini İ.Süleymanov iyulun 2-də “RAF-22031” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə həmin avtomobil polis əməkdaşları tərəfindən müəyyən edilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Böyük Dəkkə kənd sakini P.Sultanov avtomobili idarə edərkən saxlanılıb.

Avtomobil polis əməkdaşları tərəfindən sahibinə təhvil verilib. Faktla əlaqədar cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti