Bakıda tələbə qız itkin düşüb

  04 İyul 2019    Oxunub : 1946
 Bakıda tələbə qız itkin düşüb
Bakıda kirayə yaşayan tələbə qız itkin düşüb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınəb.

Belə ki, Xaçmaz rayon sakini, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində kirayədə yaşayan, 2 saylı Tibb Kollecinin 1-ci kurs tələbəsi, 2001-ci il təvəllüdlü Cəlilova Arzu Hikmət qızı iyulun 1-də axşam saat 22 radələrində evdən mağazaya çörək almaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Tələbə   Qız   İtkin   Yasamal