Azərbaycan nefti bahalaşıb

  05 İyul 2019    Oxunub : 731
Azərbaycan nefti bahalaşıb
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 63,18 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,68 dollar geriləyərək 56,66 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar artaraq 65,46 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft