Bakıda 6 nəfər köməksiz vəziyyətdə qalıb

Bakıda 6 nəfər köməksiz vəziyyətdə qalıb
  05 İyul 2019    Oxunub:1379
Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az



Teqlər: FHN   Lift  





Xəbər lenti