Xırdalanda maşın oğruları saxlanılıb

Xırdalanda maşın oğruları saxlanılıb
  05 İyul 2019    Oxunub:2048
Abşeron RPİ-yə müraciət edən Xırdalan şəhər sakini Ə.Məcidov iyunun 14-də şəhər ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxilli İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün polis əməkdaşları tərəfindən Masazır qəsəbəsi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri Ü.Zeynalov və S.Əliyev saxlanılıblar. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti