Bakıya qonaq gələn Rusiya vətəndaşı itkin düşüb

 Bakıya qonaq gələn Rusiya vətəndaşı itkin düşüb
  06 İyul 2019    Oxunub:2080
Bakıda Rusiya vətəndaşı itkin düşüb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi, ev 15-də yaşayan Hikmət Əsədzadə məlumat verib.

O bildirib ki, onlara qonaq gəlmiş xalası oğlu, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də onunla birlikdə yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Bakı   Rusiya   İtkin  





Xəbər lenti