İsmayıllıda "Renault", İmişlidə transformator yandı

İsmayıllıda "Renault", İmişlidə transformator yandı
  06 İyul 2019    Oxunub:1733
İsmayıllı rayonunda “Renault” markalı minik avtomobilinin salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İmişli rayonunda transformatorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti