Gəncədə qadını soyan şəxs ələ keçdi

Gəncədə qadını soyan şəxs ələ keçdi
  06 İyul 2019    Oxunub:1352
İyulun 5-də Gəncə şəhəri ərazisində şəhər sakini S.Məmmədovaya zor tətbiq edən şəxsin onun 200 manat pulunu alması barədə Nizami (Gəncə) RPİ-yə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Babayev qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Nizami (Gəncə) Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Gəncə  





Xəbər lenti