Oğurluq edən ər-arvad tutuldu

   Oğurluq edən ər-arvad tutuldu
  06 İyul 2019    Oxunub:2175
DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə iyunun 30-da “Motodrom” adlanan yaşayış sahəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. Evdən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunan M.Əlövsətov, arvadı P.Qarayeva və paytaxt sakini N.Rzayeva saxlanılıblar. Araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti