Bıçaqla hədələyib pulunu aldılar

Bıçaqla hədələyib pulunu aldılar
  06 İyul 2019    Oxunub:1876
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini H.Məmmədov iyunun 23-də saat 4 radələrində Biləcəri qəsəbəsi ərazisində naməlum şəxsin onu bıçaqla hədələyib 150 manat pulunu və mobil telefonunu aldığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini E.Zayidov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti