Qaçırdığı motosikletlə birlikdə saxlanıldı

Qaçırdığı motosikletlə birlikdə saxlanıldı
  06 İyul 2019    Oxunub:1389
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini O.Rəhimli iyulun 3-də saat 23 radələrində A.Səhhət küçəsindən nasaz vəziyyətdə olan “Yamaha” markalı motosikletinin oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçiridkləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov həmin motosikletlə birlikdə saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti