Gəncədə ev, Bakıda sex yanıb

Gəncədə ev, Bakıda sex yanıb
  08 İyul 2019    Oxunub:2681
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 3240 m² olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 450 m² sahədə və içərisində olan dəzgah yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan ba.qa Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 112 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.

Yüksək temperaturdan evin plastik qapı və pəncərəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb/

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti