Qadının daxili orqanından heroin çıxdı

  08 İyul 2019    Oxunub : 868
Qadının daxili orqanından heroin çıxdı
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumata əsasən piyada yolla İrandan gələn qadın Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan vətəndaşı olan həmin şəxsin üzərində aparılan yoxlama zamanı qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə onun daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 10 ədəd bağlamada, ümumi çəkisi 197 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK   Heroin