Mikroavtobusla vurulan piyada xəstəxanada ölüb

Mikroavtobusla vurulan piyada xəstəxanada ölüb
  08 İyul 2019    Oxunub:1850
İyulun 7-də saat 14 radələrində Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində İmişli rayon sakini R.Məmmədov idarə etdiyi “Hyundai” markalı mikroavtobusla yolu keçən şəhər sakini Rəvan Babazadəni vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti