Beş maşından oğurluq edənlər tutuldu

Beş maşından oğurluq edənlər tutuldu
  08 İyul 2019    Oxunub:1533
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-nə keçən gecə Yuxarı Tala kəndindəki evlərdən birinin həyətindəki “VAZ-21099” markalı avtomobildən 150 manat və maqnitofon oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən iyulun 4-də və 5-də rayon ərazisində 4 avtomobildən pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Samux rayon sakinləri X.İbrahimov və əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılıblar.


Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti