“Mercedes” “QAZ-53”lə toqquşub, ölən və yaralı var

“Mercedes” “QAZ-53”lə toqquşub, ölən və yaralı var
  08 İyul 2019    Oxunub:2516
İyulun 6-da saat 17 radələrində Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində rayon sakinləri R.Quliyevin idarə etdiyi “Mercedes” və Hakim Tahirovun idarə etdiyi “QAZ-53” markalı avtomobillər toqquşub, sonuncu avtomobil aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə H.Tahirov hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti