Sərxoş kişi maşını qaçırıb divara çırpdı

Sərxoş kişi maşını qaçırıb divara çırpdı
  09 İyul 2019    Oxunub:2075
İyulun 8-də Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qabaqçöl qəsəbəsi ərazisində divara çırpılmış və ön hissəsi əzilmiş vəziyyətdə “Mersedes” markalı avtomobil aşkar ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla həmin avtomobilin rayonun Qullar kənd sakini Nurlan Osmanova məxsus olduğu müəyyən edilsə də, ancaq onun Balakən şəhər sakini Abdulla Qarayev tərəfindən qaçırıldığı aşkar olunub.

İlkin dindirilmə zamanı A.Qarayev hadisə zamanı sərxoş vəziyyətdə olduğunu, N.Osmanovla aralarında yaranmış mübahisə zəminində onun avtomobilini qaçırdığını bildirib. Faktla bağlı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti