Oğurluq edən 2 qadın saxlanılıb

Oğurluq edən 2 qadın saxlanılıb
  10 İyul 2019    Oxunub:2018
Qaradağ rayonun Qızıldaş qəsəbəsində mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin qəsəbə sakini Ş.Şəbiyeva və Ağdaş rayon sakini X.Abdullayeva saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti