İrandan Azərbaycana narkotik keçirmək istədi

İrandan Azərbaycana narkotik keçirmək istədi
  10 İyul 2019    Oxunub:2159
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Komitədən Azvision.az -a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərindən, gömrük nəzarətindən gizlədilmiş 2 ədəd büküm və 1 ədəd bağlama aşkar edilib.

Həmin bağlama və bükümlərə baxış zamanı 1 ədəd bükümdə 227 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin , 1 ədəd bükümdə 50 qram ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 1 ədəd bağlamada qəhvəyi rəngli, birxətli, üzərində "F/M40" nişanəsi olan 199 ədəd "metadon" adlı həb, olduğu məlum olub.

Xatırladaq ki, metamfetamin "Dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK   Narkotik  





Xəbər lenti