Soyğunçuluq edən şəxslər tutuldu

Soyğunçuluq edən şəxslər tutuldu
  11 İyul 2019    Oxunub:1996
Nizami RPİ 24-cü PŞ-yə müraciət edən Bakı şəhər sakini T.Tanrıverdiyev iyulun 10-da saat 1 radələrində naməlum şəxsin onu bıçaqla hədələyərək pul verməsini tələb etməsini, istədiyinə nail olmadıqda ona əlindən bıçaqla xəsarət yetirib hadisə yerini tərk etdiyini bildirib.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumata istinadən bildirir ki, 24-cü PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Nuriyev saxlanılıb.

Nizami RPİ 24-cü PŞ-yə müraciət edən Bakı şəhər sakini E.Talıbov ötən il noyabrın 23-də Q.Qarayev prospektində naməlum şəxsin onu bıçaqla hədələyib 340 manat dəyərində gümüş qolbağısını aldığını bildirib. 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini O.Cəfərli saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Soyğunçuluq  





Xəbər lenti