Neftçalada iki “Mercedes” toqquşub, ölən və yaralılar var

Neftçalada iki “Mercedes” toqquşub, ölən və yaralılar var
  12 İyul 2019    Oxunub:1870
İyulun 11-də saat 13 radələrində Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində rayon sakinləri F.Səfərovun və R.Fərəcovun idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə R.Fərəcovun sərnişinlərindən həmyerlisi Toğrul Fərəcov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib. Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti