Dənizdə batan 7 nəfər xilas edilib

  13 İyul 2019    Oxunub : 1166
Dənizdə batan 7 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları batmaq təhlükəsi ilə üzləşən 7 nəfəri xilas edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Sumqayıt, Zağulba, Lökbatan və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər (onlardan 4 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.

Azvision.az

Teqlər: FHN   Dəniz   Batma   Xilas