Şamaxıda ikimərtəbəli ev yanıb

Şamaxıda ikimərtəbəli ev yanıb
  15 İyul 2019    Oxunub:1957
Şamaxıda yanğın qeydə alınıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, rayonun Çuxuryurd kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və 2-ci mərtəbəsində mətbəxin taxtadan ibarət tavanı 6 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Şamaxı  





Xəbər lenti