Bakı Fond Birjasında hərrac keçiriləcək

  15 İyul 2019    Oxunub : 770
Bakı Fond Birjasında hərrac keçiriləcək
İyulun 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən Azvision.az -a verilən məlumata görə, hərraca çıxarılan notların həcmi 200 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar avqustun 14-də ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Hərrac zamanı notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

Azvision.az

Teqlər: Birja   Fond   Hərrac