Sürücü törətdiyi qəzada ölüb

  16 İyul 2019    Oxunub : 742
Sürücü törətdiyi qəzada ölüb
İyulun 15-də saat 14 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Yəhya Abbasov idarə etdiyi “QAZ-3302” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza