Prezidentin xüsusi nümayəndəsindən Keşikçidağda baş verənlərə münasibət

   Prezidentin xüsusi nümayəndəsindən Keşikçidağda baş verənlərə münasibət
  17 İyul 2019    Oxunub:6952
Təəssüflər olsun ki, iyulun 14-də bir qrup şəxs tərəfindən birbaşa Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təxribat xarakterli, dövlət sərhədinin keşiyində duran sərhəd naryadına qarşı törədilən cinayət əməli baş verib.
Azvision.az AzərTac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov Keşikçidağ mağaralar kompleksi ərazisində bir qrup şəxs tərəfindən Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentə münasibət bildirərkən deyib.

O,deyib: "Güman edirəm ki, bu insidentin Gürcüstan Hökuməti ilə əlaqəsi yoxdur, lakin Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan Respublikası ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar. Sözsüz ki, bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar".


Azvision.az


Teqlər: XİN   Xələf-Xələfov  





Xəbər lenti