Piyadanı öldürüb qaçan sürücü tutuldu

Piyadanı öldürüb qaçan sürücü tutuldu
  17 İyul 2019    Oxunub:1490
Suraxanı rayonu Əmircan qəsəbəsində ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-də Bakı şəhər sakini Şükufə Qurbanovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Opel” markalı avtomobilin sürücüsü - paytaxt sakini B.Nəzərli saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti