Oğurladığı meyvələri ucuz qiymətə satdı

Oğurladığı meyvələri ucuz qiymətə satdı
  17 İyul 2019    Oxunub:1921
Quba rayon sakini Ehtiram Talıbov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında bazar ərazisinə satmaq üçün gətirdiyi mövsümü meyvələrin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən rayon sakini, 22 yaşlı Əmrah Əmrahov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini edərək, oğurladığı meyvələri dəyərindən ucuz qiymətə satdığını və əldə etdiyi pulları xərclədiyini bildirib. Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.


Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti