Quldurluq edən dəstə tutuldu

Quldurluq edən dəstə tutuldu
  17 İyul 2019    Oxunub:1605
Kürdəmir rayon sakininə qarşı quldrluq edən şəxslər saxlanılıblar.
DİN-dən Azvision.az -a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Y.Səmədova bıçaqla xəsarət yetirib 50 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Ucar rayon sakinləri N.Çıqqarov, R.İbrahimov və P.Quliyev saxlanılıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti