Bu il 18 yaşı olmayan 5 nəfər narkotikə görə tutulub - STATİSTİKA

  17 İyul 2019    Oxunub : 1059
 Bu il 18 yaşı olmayan 5 nəfər narkotikə görə tutulub - STATİSTİKA
2019-cu ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumiləşdirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2553 fakt aşkar edilib ki, onlardan 707-si satış, 1675-i saxlama, 141-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil edib.

Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 1 ton 650 kq 749,322 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 25 min 701 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Bundan əlavə 330 kq 374,986 qr prekursorlar, 12 kq 714 qr güclü təsir edən zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 510 kq 846,029 qramını marixuana(30,9%), 224 kq 864,575 qramını tiryək (13,6%), 763 kq 160,068qramını heroin (46,23%), 14 kq 071,106 qramını həşiş (0,8%), 4 kq 009,185 qramını kokain (0,2%), 80 kq 130,229 qramını psixotrop maddələr (4,8%),53 kq 668,13 qramını digərləri (3,2%) təşkil edib.

Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2273 hektar ərazi üzrə 73 ton 892 kq (150 min 201 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilib.

Cinayət məsuliyyətinə 1687 nəfər cəlb edilib ki, onlardan 18 yaşadək 5 nəfər, 18-25 yaş 130 nəfər, 26-29 yaş 253 nəfər, 30 yaşdan yuxarı isə 1299 nəfər təşkil edir.

Məsuliyyətə cəlb olunanlardan 160 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i orta ixtisas tələbəsi, 412-si əvvələr cinayət törətmiş, 5-i əvvəllər xüsusi qeydiyatda olan, 1141-i işləməyən, 1636-sı kişilər, 38-i qadın, 56 nəfəri isə xarici ölkə vətəndaşı olub. Əcnəbilərdən 40-ı İran İslam Respublikası, 5-i Gürcüstan, 4-ü Rusiya, 2-si Türkiyə, 2-si Ukrayna, 2-si Pakistan, 1-i Braziliya vətəndaşıdır. Qeyd olunan xarici ölkə vətəndaşlarından ümumilikdə 585 kq 840,908 qram narkotik vasitə götürülüb.

Azvision.az

Teqlər: Narkotik